İdman

UFC döyüşçüsü: “Döyüşlərə Azərbaycan papağında çıxacağam” - FOTO

22 İyul 2020 18:39
Baxış: 1 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bundan sonra UFC döyüşlərinə hər zaman Azərbaycan papağında çıxacağam.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu əslən azərbaycanlı olan qırğızıstanlı döyüşçü Rafael Fiziyev deyib.

O, bu papağın Azərbaycandan olan qardaşlar tərəfindən hədiyyə olunduğunu deyib.

"Onu mənə Aqşin Babayev verib. Çoxdandır ki, azərbaycan papağı ilə çıxmaq istəyirdim, ancaq məndə yox idi. Bundan sonra hər zaman başıma onu qoyacağam".

R.Fiziyev bu papağın onun məşqçisi Pavel Fedotov tərəfindən qoyulan "Ataman" ləqəbi ilə yaxşı uyuşduğunu da bildirib.

O, həmçinin, Azərbaycanın milli baş geyimi olduğu üçün  bu papağın xüsusi dəyər daşıdığını deyib və  tarixi vətənində olmaq arzusundan da danışıb:

"Heç vaxt Azərbaycanda olmamışam, amma nə vaxtsa mütləq gedəcəyəm".

İdmançı Ermənistanla gərginliyə toxunaraq, həqiqətin Azərbaycanın yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, R.Fiziyev dünyanın ən nüfuzlu döyüş təşkilatında oynayan yeganə azərbaycanlıdır. Bu yaxınlarda döyüşçü Əbu-Dabidə UFC-də üçüncü mübarizəsi zamanı rəqibi britaniyalı Mark Diakeziyə qalib gəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.