İdman

XXI əsrin ən uğursuz mövsümü - "Arsenal"da

22 İyul 2020 13:12
Baxış: 1 089
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqasının XXXVII turunda "Aston Villa"ya məğlub olan "Arsenal" (0:1) mövsümü 8-ci pillədən yuxarıda bitirmək şansını əldən verib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu, London klubunun XXI əsrdə ən uğursuz mövsümü olub.

"Topçular"ın buna qədər ən uğursuz nəticəsi 1994/95 mövsümündə 12-ci yeri tutması idi. Komanda son turda qalib gəlsə belə, ən yaxşı halda 8-ci yerdə qərarlaşacaq.

Qeyd edək ki, Mikel Artetanın yetirmələri hazırda 53 xalla 10-cu pillədə yer alır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.