İdman

Məşhur ispan klubu üçüncü liqaya düşdü

21 İyul 2020 18:11
Baxış: 1 179
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir dönəm İspaniya futboluna damğa vuran, 1999-2000 mövsümündə ölkə çempionu olan "Deportivo" üçüncü liqada iştirak edəcək.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, 2017/2018 mövsümündə La Liqadan ikinci Liqaya düşən "Deportivo", 2019/2020 mövsümündə Sequndanı tərk edib.

Komanda Sequndada qalmaq üçün "Fuenlabrada"nı məğlub edib rəqiblərinin xal itirməsini gözləməli idi. Ancaq pozitiv çıxan koronavirus testləri səbəbindən oyun təxirə salınıb. Digər oyunlarda qeydə alınan nəticələrdən sonra isə klubun üçüncü liqaya düşməsi dəqiqləşib.  La Koruna təmsilçisi sonuncu dəfə 40 il öncə Sequndadan aşağı liqada mübarizə aparıb.

Qeyd edək ki, "Deportivo" ilə yanaşı, "Rasinq", "Numansia" və "Estremadura" klubları da üçüncü liqaya yuvarlanıb. "Hueska" və "Kadiz" komandaları isə La Liqaya yüksəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.