İdman

Mehdi Cənnətov "Sumqayıt"la yeni müqavilə bağladı

12 İyul 2020 14:25
Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin qapıçısı Mehdi Cənnətovun gələcək karyerasına aydınlıq gəlib.

Milli.Az xəbər verir ki, bu məlumatı apasport.az saytına milliləşən rusiyalı legionerin özü verib.

O bildirib ki, karyerasını "Sumqayıt"da davam etdirəcək. "Gənclik şəhəri" təmsilçisi ilə müqaviləsi başa çatan 28 yaşlı qapıçı daha bir illik anlaşıb. "Zirə"nin də danışıqlar apardığı Cənnətov karyerasını Avropa Liqasında çıxış edəcək komandada sürdürməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, son mövsüm Premyer Liqada 19 matçda 31 top buraxan rusiyalı Azərbaycanda yalnız "Sumqayıt"ın şərəfini qoruyub. O, çempionatda ümumilikdə 45 oyunda 68 qol buraxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.