İdman

“Mançester Yunayted” səfərdə qalib gəldi - VİDEO

10 İyul 2020 13:56
Baxış: 1 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 9-da futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turun oyunlarına "Aston Villa" - "Mançester Yunayted" görüşü ilə yekun vurulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,"Villa Park" stadionunda oynanılan görüş Mançester təmsilçisinin 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Qonaqlar oyunda hesabı 27-ci dəqiqədə Bruno Fernandeşin sayəsində açıb. Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış "qırmızı şeytan"lar hesab arasındakı fərqi iki topa çatdırıb. Mason Qrinvud fərqlənib.

Oyunda son nöqtəni qarşılaşmanın 58-ci dəqiqəsində Pol Poqba qoyub.

Bu qələbədən sayəsində xal ehtiyatını 58-a çatdıran "Mançester Yunayted" turnir cədvəlində beşinci yerdədir və UEFA Çempionlar Liqasına düşmək şansını saxlayır. Çünki dördüncü yerdə qərarlaşan "Lester Siti"nin 59 xalı var. "Aston Villa" isə 27 xalla 19-cu yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.