İdman

PFL "Neftçi" və "Keşlə"ni mükafatlandırdı - FOTO

8 İyul 2020 19:21
Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün gümüş və bürünc medalları Peşəkar Futbol Liqası tərəfindən müvafiq olaraq "Neftçi" və "Keşlə" klublarına təqdim olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Covid-19 pandemiyası səbəbindən kütləvi keçirilməyən tədbirlərdə medallar klubların bazalarında təqdim edilib.

Bundan əlavə, "Neftçi"nin heyətində mövsümün bombardirlərindən olmuş Baqali Dabo və Stiven Monrozun mükafatı "Neftçi" klubuna, "Sumqayıt"ın heyətində bombardir olmuş Peyman Babayinin mükafatı "Sumqayıt" klubuna verilib. Xüsusi mükafatlar və medallar klublar tərəfindən futbolçulara təqdim olunacaq.

Qeyd edək ki, bir neçə gün öncə "Azersun Arena"da Premyer Liqanın sonuncu qalibi "Qarabağ"ın mükafatlandırma mərasimi reallaşmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory