İdman

"Kristal Pelas" - "Çelsi" oyununda 5 qol vuruldu

8 İyul 2020 07:35
Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə çempionatının 34-cü turunda "Çelsi" futbolçuları "Kristal Pelas" komandasını məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş "Kristal Pelas" stadionunda keçirilib və 3:2 hesabı ilə sona çatıb.

Qaliblər tərəfindən qolları Olivye Jiru (6-cı dəqiqə), Kristian Pulişiç (27-ci dəqiqə) və Temmi Abraham (71-ci dəqiqə) vurublar. Meydan sahiblərindən isə Vilfrid Zaa (34-cü dəqiqə) və Kristian Benteke (72-ci dəqiqə) fərqləndiblər.

"Çelsi" ölkə premyer liqasında 60 xalla üçüncüdür. Ardıcıl dördüncü məğlubiyyətə uğrayan "Kristal Pelas" isə 42 xalla 14-cü yerdə qərarlaşıb.

34-cü turun digər oyununda "Uotford" öz meydançasında "Norviç"i məğlub edib - 2:1.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.