İdman

İngiltərəli futbolçu göldə batdı

6 İyul 2020 18:53
Baxış: 1 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Notingem Forest" klubunun sabiq futbolçusu Derrik Otim bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə üzərkən batıb.

Son olaraq "Detroyt Siti"də çıxış etmiş ingiltərəli forvardın dostları ilə görüşmək üçün həmin bölgəyə getdiyi bildirilir.

Qeyd edək ki, son 25 ildə Keovi gölündə 32 insan boğulub. Bu səbəbdən 2018-ci ildə ona ən ölümcül göl adı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.