İdman

“Real” Xamesi satmaq məcburiyyətində qalıb

5 İyul 2020 16:45
Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" yaxın iki ay ərzində futbolçusu Xames Rodriqesi satmaq məcburiyyətində qalıb.

Milli.Az Qol.az-a istinadən bildirir ki, Xames kluba karyerasını başqa komandada davam etdirmək niyyətində olduğunu deyib. Futbolçunun müqaviləsinin gələn il başa çatdığını nəzərə alsaq, klubun güzəştə gedəcəyi bildirilib.

Daha əvvəl "Atletiko" Xamesi 45-50 milyon avroya hazır olsa da, "Real" bu məbləğlə razılaşmayb. Koronavirus pandemiyasına görə yaranmış maddi problemlərlə əlaqədar indi "Kral klubu" futbolçunun satışından yalnız 25 milyon avroya ümid edir.

Hazırda kolumbiyalı futbolçu ilə İngiltərə Premyer Liqasının bir neçə klubunun maraqlandığı qeyd edilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.