İdman

"Real"ın futbolçusu "İnter"də

2 İyul 2020 21:04
Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın futbolçusu Əşrəf Hakimi "İnter"ə keçir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Tərəflərin transfer məsələsində razılığa gəldiyi bildirilib. "Real" 2006-cı ildə akademiyasına qoşulan futbolçusuna fədakarlığına və nümunəvi davranışına görə təşəkkür edib.

İspaniya mətbuatı 21 yaşlı müdafiəçinin "İnter"ə 40 milyon avroya başa gəldiyini yazıb.

Qeyd edək ki, bu mövsüm Dortmund "Borussiya"sında icarədə olan mərakeşli futbolçu 32 oyuna 5 qol vurub, 10 qol ötürməsi edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.