İdman

“Real” koronavirusa görə İngiltərədə oynamaq istəmir

23 İyun 2020 17:29
Baxış: 1 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası üzündən dayandırılan futbol üzrə Çempionlar Liqasının bərpası narazılıqlarla müşayiət olunur.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, 1/8 finalda "Mançester Siti"nin qonağı olacaq İspaniyanın "Real" klubu İngiltərədəki səfər oyununa getmək istəmir.

Madrid təmsilçisi cavab oyununun neytral meydanda keçirilməsini təklif edir. "Real" rəhbərliyi bunu koronavirus pandemiyası üzündən İngiltərədəki durumun ürəkaçan olmaması ilə izah edir. Futbolçu və əməkdaşlarının sağlamlığı üçün ehtiyat edən ispaniyalılar neytral meydan üçün ən münasib variantın Portuqaliya paytaxtı Lissabon olduğunu düşünür.

Qeyd edək ki, "Mançester Siti" - "Real" oyunu avqustun 7-də keçirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.