İdman

"Neftçi" Dabonun cəzasını açıqladı - Rəsmi

17 İyun 2020 18:34
Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi" "Qarabağ"ın forması ilə görüntüsü yayılan futbolçusu Baqali Dabo haqda növbəti açıqlama yayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klubun rəsmi saytındakı açıqlamada fransalı hücumçunun sosial şəbəkədəki davranışının ciddi şəkildə nəzarətə götürüldüyü bildirilib:

"Neftçi" ailəsinə qarşı bu cür hörmətsizliyi qəbuledilməz hesab edərək, ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb. Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə - 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək".

Xatırladaq ki, Baqali Dabonun həyat yoldaşı sosial şəbəkə hesabında oyunçunun "Qarabağ"ın formasını geyindiyini əks etdirən video paylaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.