İdman

"Napoli" finalında

14 İyun 2020 10:31
0 Şərh     Baxış: 1 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Napoli" futbol klubu İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab matçında "İnter"i qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunda qolları Kristian Eriksen (2-ci dəqiqə) və Dris Mertens (41-ci dəqiqə) vurublar.

Xatırladaq ki, yarımfinalın ilk qarşılaşmasında "Napoli" səfərdə "İnter" üzərində 1:0 hesablı qələbəq azanmışdı.

Beləliklə, "Napoli" klubu İtaliya Kubokunun finalına yüksəlib. Finalda "Napoli" "Yuventus" ilə qarşılaşacaq. Oyun iyunun 17-də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.