İdman

“Yuventus” finala çıxdı - FOTO

13 İyun 2020 08:38
Baxış: 1 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 12-də futbol üzrə İtaliya kubokunun yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mərhələnin ilk oyununda "Yuventus" öz meydanında "Allianz Arena"da "Milan" komandasını qəbul edib.

Görüş heç-heçə ilə başa çatıb.

Oyunun 16-ci dəqiqəsində Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Qarşılaşmanın 17-ci dəqiqəsində isə "Milan"nın futbolçusu Ante Rebiç kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.

Xatırladaq ki, ilk oyun 1:1 hesabı ilə heçə-heçə başa çatmışdı. Səfərdə vurduğu qola görə "Yuventus" növbəti mərhələyə vəsiqə qazanıb.

Yarımfinal mərhələsinin ikinci qarşılşaması bu gün keçiriləcək. "Napoli" öz meydanında "İnter" komandasını qəbul edəcək. İlk oyunda "Napoli" səfərdə minimal hesabla qələbə qazanmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.