İdman

Millimizin üzvü "Beşiktaş"a keçə bilər

8 İyun 2020 13:12
0 Şərh     Baxış: 1 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sabah"ın futbolçusu Ozan Can Kökçü yenidən Türkiyədə çıxış edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,22 yaşlı yarımmüdafiəçi ilə Superliqa təmsilçiləri "Beşiktaş" və "Kasımpaşa" maraqlanır.

"Beşiktaş"ın daha əvvəl "Feyenoord"da çıxış edən Kökçünün qardaşı Orkun Kökçünü də istədiyi, lakin artıq bu transferdən imtina etdiyi bildirilib.

"Qara qartallar"ın "Sabah"la razılaşacağı təqdirdə Ozan Canın "Beşiktaş"la müqaviləyə qol çəkəcəyi qeyd olunub.

Qeyd edək ki, U-21 millimizin üzvünün "Sabah"la müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.