İdman

Kompani "Mançester Siti"yə qayıtmaq istəmir

31 May 2020 15:50
0 Şərh     Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Anderlecht-in oyunçu-məşqçisi Vensan Kompani "Mançester Siti"yə qayıtmaq niyyətində deyil.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,"şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Mikel Artetanın gedişindən sonra Kompaninin köməkçi-məşqçi olmasını istəsə də, belçikalı təklifi rədd edib.

Vensan 2022-ci ilədək nəzərdə tutulmuş müqavilə öhdəliklərini tam yerinə yetirmək istəyir. Bununla yanaşı, 34 yaşlı futbolçu Anderlecht-in səhmdarı olmağı planlaşdırır.

Qeyd edək ki, Kompani 11 il "Mançester Siti"də çıxış edib. O, "şəhərlilər"in heyətində Premyer Liqa (4 dəfə), İngiltərə Federasiya Kuboku (2), İngiltərə Liqa Kuboku (4) və Superkubokun (2) qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.