Siyasət

Tokayev Baxtiyar Vahabzadədən sitat gətirdi

7 Oktyabr 2025 16:11
Baxış: 251

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkdilli xalqların birliyinin əhəmiyyətini vurğulayıb.

Trend xəbər verir ki, o, bunu Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.

"Bu tarixi yerlərin yetirməsi, azərbaycanlı şair Bəxtiyar Vahabzadə bizə belə bir kəlam miras qoyub: "Türk başqa türklə düşmən ola bilməz!" Biz ulu babalarımızın müdrik sözlərinə sadiq qalaraq bütün dünyaya göstəririk ki, türklər qan qardaşlarıdır və birliyinə sədaqət nümayiş etdirirlər",- deyə Qazaxıstan Prezidenti bildirib.

Tokayev qeyd edib ki, türk dövlətləri arasında əməkdaşlıq və həmrəylik regionun sabitliyinin və rifahının əsas amillərindəndir. O vurğulayıb ki, türk dünyasının xalqları arasında mədəni və tarixi bağlar möhkəmləndirilməli, münaqişələr və ixtilaflar isə rədd edilməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.