Ölkə

“Azərpoçt”un jurnalistlər üçün müsabiqəsi narazılıq yaratdı - "15 qalib olmalı idi, cəmi 6 oldu" - AÇIQLAMA

7 Oktyabr 2025 16:17
Baxış: 345
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Azərpoçt" MMC jurnalistlər üçün keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb.

Milli.Az-a müraciət edən iştirakçılardan biri qeyd edib ki, müsabiqə deyildiyi kimi keçirilməyib.

"Mənim bildiyim, ümumilikdə müsabiqəyə 30 yaxın şəxs müraciət etmişdi, əvvəldən də müsabiqədə göstərilmişdi ki, I, II, III yerlər olacaq və hər yer üzrə 5 qalib, yəni toplamda 15 qalib müəyyənləşəcək. 

Lakin heç də elə olmadı, I yer üzrə 3, II yer üzrə isə 3 qalib oldu və III yer isə ümumiyyətlə olmadı".

Qeyd edək ki, müsabiqə şərtlərinə əsasən, I yerin sahiblərinə 1000 manat, II yerin sahiblərinə 700 manat və nəhayət III yerin sahiblərinə isə 500 manat mükafatın verilməsi nəzərdə tutulmuşdur.

Məsələ ilə bağlı "Azərpoçt" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq Fateh Milli.Az-a bildirdi ki, müsabiqə şərtlərinə uyğun olaraq ən yaxşı yazarlar I və II yerlərə layiq görüldü:

"Təssüfki, III yerə layiq yazı yox idi"

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.