İdman

Rus klubu azərbaycanlı oyunçu ilə müqaviləni uzatdı

30 May 2020 14:24
Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi "Ufa" bir neçə futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mayın 31-də sözləşmələri başa çatan oyunçuların müqavilələri yenilənib.

Azər Əliyevlə yanaşı, Aleksandr Puçko, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suzov və Pavel Alikin mövsümün sonunadək "Ufa"da qalacaq.

Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib. Azər Əliyev "Ufa"da 2018-ci ilin avqustundan çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.