İdman

Çempionatı vaxtından əvvəl tamamlayan ölkədə kubokun finalı keçiriləcək

28 May 2020 19:23
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə çempionatında bu mövsümü vaxtından əvvəl başa çatdıran Belçikada kubokun finalının keçirilməsinə qərar verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, çempion elan edilən "Brügge" ilə "Antverp" arasında olacaq həlledici görüş avqustun 1-i Brüsseldəki "Kral Baudouin" stadionunda keçiriləcək. Görüş azarkeşsiz oynanılacaq.

Qeyd edək ki, Belçika Liqası koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb və "Brügge" çempion elan edilib. Ölkə çempionatında yeni mövsümün avqustda başlanılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.