İdman

Messi: ""Barselona"dan getmək istəyirdim"

24 May 2020 15:19
0 Şərh     Baxış: 1 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messi 2016-cı ildə komandadan ayrılmaq istəyində olduğunu etiraf edib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, argentinalı superulduz həmin dönəm vergidən yayınmaqda ittiham olunduğu üçün bu fikirdə olduğunu söyləyib.

Leo hazırda isə karyerasını Kataloniya klubunda bitirmək arzusunda olduğunu vurğulayıb: "Barselona"dan bu komandaya görə yox, İspaniyanı tərk etmək üçün getmək istəyirdim. Mənə pis rəftar edildiyini hiss edirdim və burada qalmaq istəmədim. Heç vaxt rəsmi təklifim olmayıb, çünki hamı burada qalmaq fikrimi bilirdi. Mənim və ailəm üçün çox çətin dönəm idi, insanlar o anda baş verənlərin çox azını bilirlər. Hazırda isə məqsədim karyeramı "Barselona"da bitirməkdir".

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasının formasını geyinir. O, bu müddətdə 10 dəfə La Liqanın, 6 dəfə Kral Kubokunun, 8 dəfə Superkubokun, 4 dəfə isə Çempionlar Liqasının qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.