İdman

Türkiyə klubları çempionatın bərpası üçün razılığa gəldi

21 May 2020 15:37
0 Şərh     Baxış: 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Türkiyə Superliqasının iyunun 12-də bərpa olunacağı dəqiqləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir klubların prezidentləri ilə videokonfrans formatında keçirilmiş iclasdan sonra deyib.

TFF rəhbəri bildirib ki, elitada çıxış edən 18 komanda çempionatın sözügedən tarixdə yenidən başlaması üçün ortaq razılığa gəlib. O, yekun qərarın mayın 28-də veriləcəyini söyləyib.

Özdemirin sözlərinə görə, Super Liqa təmsilçilərindən 7-si cari mövsümdə heç bir komandanın aşağı dəstəyə düşməməsini və növbəti mövsümün 21 klubla keçirilməsini təklif edib.

Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.