İdman

“Zirə” Azərbaycan Premyer Liqasında indiyədək 11 rəqiblə qarşılaşıb

14 May 2020 08:08
0 Şərh     Baxış: 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Premyer Liqasında beşinci mövsümünü keçirən "Zirə" indiyədək 11 rəqiblə qarşılaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "qartallar" 4 komanda ilə - "Sumqayıt", "Keşlə", "Qəbələ" və "Qarabağ"la 19 dəfə üz-üzə gəlib.

"Zirə"nin ən çox qalib gəldiyi rəqib "Sumqayıt"dır - 10 dəfə. Komandanın ən çox qol vurduğu, ən yaxşı top fərqinə malik olduğu və xal qazandığı rəqib də "Gənclik şəhəri" təmsilçisidir. "Qəbələ" və "Keşlə" ilə görüşlərdə isə daha çox - 8 heç-heçə qeydə alınıb.

"Zirə" üçün ən münasib rəqib "Xəzər Lənkəran" olub. "Qartallar" bu rəqiblə keçirdiyi 4 oyunda 4 qələbə qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.