İdman

Millətlər Kuboku: Teymur Rəcəbov ilk qələbəsini qazanıb

9 May 2020 21:27
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahmat üzrə Millətlər Kuboku turnirində qrossmeyster Teymur Rəcəbov ilk qələbəsini qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, azərbaycanlı qrossmeyster T.Rəcəbov mübarizə apardığı dünya yığmasının heyətində günün ilk qarşılaşmasında - turnirin doqquzuncu turunda Vladislav Artyomova qalib gəlib. Onun komandası isə Rusiya yığması ilə qarşılaşmanı heç-heçə başa vurub. Turun digər görüşlərində Avropa yığması ABŞ millisinə, Çin komandası Hindistan seçməsi 2,5:1,5 hesabla qalib gəliblər.

Onuncu turda isə dünya yığması Avropa komandasını sınağa çəkəcək. Bundan başqa isə Rusiya-Hindistan, Çin-ABŞ görüşləri də keçiriləcək.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.