Bolqarıstan çempionatının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün bərpa tarixi bəlli olub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə qərarı Bolqarıstan Futbol İttifaqının (BFİ) ekspert qrupu verib.
Çempionat iyunun 5-də bərpa olunacaq. Turnirə iyulun 11-də yekun vurulacaq.
Komandaların məşqlərə mayın ortalarında başlaması planlaşdırılır. Yeni fors-major halların qeydə alınması halında çempionat dayandırılsa, bərpa olunmadan başa çatdırılacaq.
Qeyd edək ki, Bolqarıstanda futbol yarışları martın 13-də dayandırılıb.
Milli.Az