Avropanın daha bir ölkəsində futbol bərpa olunur

7 May 2020 18:53

Bolqarıstan çempionatının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün bərpa tarixi bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə qərarı Bolqarıstan Futbol İttifaqının (BFİ) ekspert qrupu verib.

Çempionat iyunun 5-də bərpa olunacaq. Turnirə iyulun 11-də yekun vurulacaq.

Komandaların məşqlərə mayın ortalarında başlaması planlaşdırılır. Yeni fors-major halların qeydə alınması halında çempionat dayandırılsa, bərpa olunmadan başa çatdırılacaq.

Qeyd edək ki, Bolqarıstanda futbol yarışları martın 13-də dayandırılıb.

Milli.Az