İdman

İspaniyanın 15 klubu koronavirus testindən keçdi

7 May 2020 13:34
0 Şərh     Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın La Liqa və Sequnda klublarının futbolçuları ötən gün koronavirusla bağlı testdən keçiblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, əsas liqanın 15 komandasının oyunçularından bazada analiz götürülüb.

La Liqa rəhbərliyinin qərarına əsasən, testi neqativ çıxan futbolçulara məşqə başlamaq üçün icazə veriləcək.

15 gündə ərzində oyunçulardan üç dəfə analiz götürüləcək. Ardınca isə kollektiv məşqlərə icazə veriləcək.

Qeyd edək ki, La Liqanın oyunları martın 12-də dayandırılıb. Çempionatın iyun ayında bərpa olunması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.