İdman

"Nou Kamp”ın adı 25 il müddətinə dəyişdirilə bilər

6 May 2020 18:14
0 Şərh     Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" "Nou Kamp" stadionunun adını 25 illik satışa çıxara bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun vitse-prezidenti Jordi Kardoner məlumat verib.

Bundan əvvəl klubun prezidenti Xosep Bartomeu özünün rəsmi Tvitter səhifəsində "Nou Kamp" stadionunun adını bir mövsümlük (2021/22) satışa çıxardıqlarını bildirmişdi.

J.Kardoner isə bu müddətin 25 il ola biləcəyini açıqlayıb: "Razılaşmaya  25 il əlavə etmək olar. Birinci ildəki gəlir koronavirusla mübarizə üçün ayrıla, qalan illər klubun ehtiyacları üçün xərclənə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.