PSV-nin futbolçusu Məhəmməd İhatteran karyerasını Premyer Liqada davam etdirə bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə Chelsea və Manchester City yaxından maraqlanır. PSV yarımmüdafiəçisi üçün 20 milyon funt-sterlinq tələb etdiyi bildirilir.
Qeyd edək ki, İhatteran cari mövsüm ərzində 33 oyuna 7 qol vurub.
Milli.Az