İdman

Daha bir ölkədə çempionata yekun vuruldu

3 May 2020 14:08
0 Şərh     Baxış: 1 125
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirus pandemiyası səbəbiylə dayandırılan Cəbəllütariq çempionatına yekun vurulub.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə Cəbəllütariq Futbol Assosiasiyası məlumat verib.

Məlumatda, çempionatı iyulun 20-dən tez bərpa etməyin mümkün olmadığı bildirilib. Vaxtından tez yekunlaşdırılan çempionatda avrokuboklarda mübarizə aparacaq komandalar turnir cədvəlinin hazırkı vəziyyətinə görə müəyyənləşib.

Belə ki, turnir cədvəlinə başçılıq edən "Europa" Çempionlar Liqasında, ikinci pillədə qərarlaşan "Sent-Jozef" və üçüncü yeri tutan "Linkoln" Avropa Liqasında mübarizə aparacaq.

Daha əvvəl Niderland və Fransa çempionatlarına vaxtından əvvəl yekun vurulmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.