İdman

"Futbolçuların çoxu qorxur"

1 May 2020 15:51
0 Şərh     Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin futbolçusu Sexio Aquero koronavirus pandemiyasının yaratdığı çətinliklərdən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında məşqlərə başlayacaqları haqqında məlumatlandırıldıqlarını, ancaq matçların tarixi haqda heç nə bilmədiklərini deyib. O, oyunlara başlayacaqları təqdirdə də çətinliklərlə üzləşəcəklərini bildirib:

"Simptom göstərməyən, ancaq xəstəlik daşıyan insanlar var. Xəbərimiz belə olmadan virusa yoluxa bilərik.  Futbolçuların çoxu qorxur. Çünki uşaqları və ailələri var.

"Biri xəstələnən kimi, düşünəcəyik ki, nə baş verir? Olduqca gərgin bir vəziyyət olacaq. Ancaq ümid edirəm ki, ən qısa zamanda virusun dərmanı tapılar və bütün bunlar sona çatar".

Qeyd edək ki, Premyer Liqanın bərpası ilə bağlı müxtəlif tarixlər göstərilir. Hətta çempionatın erkən başa çatıdırılması haqda da xəbərlər yayılıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.