İdman

“Mançester Yunayted” 31 illik qadağanı ləğv etdi

30 Aprel 2020 12:12
0 Şərh     Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Mançeter Yunayted" klubu 2020/21 mövsümündən etibarən azarkeşlərin "Old Trafford" stadionunda oyunları ayaqüstə izləyə biləcəklərini açıqlayıb.

Milli.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Arenada 1 500 nəfərlik tərəfdar üçün təhlükəsizlik baryerlərinin quraşdırılması məqsədilə müvafiq razılıq alınıb. Bu üsuldan növbəti mövsümün sonlarına doğru istifadə ediləcəyi, uğurlu olacağı halda azarkeş tutumunun artırılacağı bildirilib.

Qeyd edək ki, 1989-cu ildə "Hillsboro" stadionunda "Liverpul" və "Nottingem Forest" komandaları arasında keçirilən matç zamanı tribunanın çökməsi nəticəsində 96 azarkeşin ölümünə səbəb olan faciədən sonra İngiltərədə azarkeşlərin ayaqüstə matç izləmələri qadağan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.