"Fiorentina"nın fransalı ulduzu Frank Riberi xanım jurnalist Karin Le Marşanı məhkəməyə vermək niyyətindədir.
Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Riberi jurnalistin onu təhqir etdiyini iddia edir.
Karin instagram-da yazdığı statusda Riberinin fransız dilini yaxşı bilməməsini irad tutaraq, onu təhqir edib.
Riberinin vəkili məsələ ilə bağlı açıqlama verib: "Franka qarşı belə hərəkət yolverilməzdir. Belə yanaşma onu təhqir edir, üstəlik, sosial şəbəkə istifadəçilərini də ona qarşı yönəldir.
Onu da nəzərə almaq lazımdır ki, belə situasiyada zərər təkcə Riberiyə yox, həm də onun ailəsinə dəyir".
Milli.Az