İdman

UEFA federasiyalara yardım ayıracaq

24 Aprel 2020 21:15
0 Şərh     Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA koronavirus pandemiyasına görə ciddi problemlərlə üzləşən Avropa klublarına maliyyə yardımı edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib. Qərara əsasən, UEFA bayrağı ilə yarışlarda iştirak edən 55 milli assosiasiyanın 676 klubuna ümumilikdə 70 milyon avro yardım ediləcək.

Xatırladaq ki, aprelin 23-də keçirilən videomüşavirədə qərar qəbul olunub ki, hər bir ölkədə mövsümün bütün yarışlarının başa çatdırılması, habelə digər məsələlərin həlli ilə bağlı planların tərtib olunması üçün yerli assosiasiyalara mayın 27-nə qədər vaxt verilsin. Həmin gün UEFA-nın İcraiyyə Komitəsi növbəti videokonfransını keçirəcək və qitənin milli assosiasiyalarının təqdim edəcəkləri planları müzakirə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.