İdman

Lempard və futbolçularının da maaşları azaldılır

20 Aprel 2020 19:09
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi" də futbolçularının məvaciblərini azaldacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London klubu koronavirus pandemiyasının yaratdığı maddi çətinliklərə görə bu addım atır. Komanda üzvləri əvvəlcə məvaciblərinin azaldılmasına razı olmamışdılar. Klub rəhbərliyi ilə futbolçular arasında aparılan müzakirələrdən sonra sentyabr ayınadək məvaciblərin 10 faiz azaldılmasına qərar verilib.

Komandanın baş məşqçisi Frenk Lempardın məvacibi isə 25 faiz azalacaq. Bu addım sayəsində klubun təxminən 10 milyon funt qənaət edəcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.