İdman

Fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv edilib

18 Aprel 2020 08:08
0 Şərh     Baxış: 1 189
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Konkisürmə İttifaqı Kanadanın Monreal şəhərində keçiriləcək fiqurlu konkisürmə üzrə dünya çempionatını ləğv edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, beynəlxalq qurum martın 16-22-nə planlaşdırılan çempionatı koronavirus pandemiyasına görə əvvəlcə təxirə salmışdı. Ancaq sonra təşkil olunan onlayn-görüşdə qurumun şurası çempionatın ləğvinə qərar verib.

İclasda, həmçinin yeniyetmələr arasında konkisürmənin müxtəlif növləri üzrə Koreya Respublikası və ABŞ-da təşkil olunacaq dünya birincilikləri də ləğv olunub.

2020-2021-ci il mövsümünün təvimi Beynəlxalq Konkisürmə İttifaqının şurasının aprelin 28-də keçiriləcək onlyan-görüşündə müzakirə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.