İdman

“10 nömrəli formanı Aquero üçün saxlamışıq”

15 Aprel 2020 19:54
0 Şərh     Baxış: 1 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentinanın "İndependyente" klubunun baş məşqçisi Lukas Pusineri "Mançester Siti"dən Serxio Aqueronun komandaya transfer edilməsini istəyir.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə 43 yaşlı mütəxəssis "goal.com"a danışıb:

"Aqueronun məşqçisi olmaq istəyirəm. Onunla birlikdə futbol oynamışam, inşallah, məşqçisi də olacam. 10 nömrəli formanı Aquero üçün saxlamışıq.

Çox şey onun öz istəyindən asılıdır. Onun qayıdışı azarkeşlər üçün də böyük bir sevinc olar".

"Mançester Siti" ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Aquero, karyerasını yetirməsi olduğu "İndependyente" klubunda bitirmək istədiyini demişdi.

Aquero və Pusineri 2004-2006-cı illər aralığında "İndependente"də çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.