"Atletik Bilbao"nun hücumçusu Ariz Adurizin cari mövsümün sonunda karyerasını bitirəcəyini xəbər vermişdik.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu, karyerasını daha gec bitirəcək. Buna səbəb, çempionatların koronavirus pandemiyası səbəbiylə dayandırılmasıdır. Adurizin "Atletik"lə "Real Sosyedad" arasında keçiriləcək İspaniya kubokunun final oyunundan sonra karyerasını bitirəcəyi bildirilir.
Qeyd edək ki, Aduriz 2012-ci ildən "Atletik"in şərəfini qoruyur.
Milli.Az