İdman

"Bavariya"nın futbolçusu "Barselona"nın hədəfində

13 Aprel 2020 20:48
0 Şərh     Baxış: 837
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bavariya"nın ulduz futbolçusu Kinqsli Koman "Barselona"nın maraq dairəsindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubu Lautaro Martinez və ya Neymarın komandaya keçidi alınmasa, fransalını heyətə cəlb edəcək.

Münhen təmsilçisi oyunçuya 60 milyon avro qiymət qoyub. Əgər "Barselona" bu məbləği ödəməyə razı olarsa, transfer gerçəkləşə bilər. Ancaq Kataloniya klubu üçün əsas prioritet Neymar və ya Martinezdir.

Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsümdə 24 oyun keçirib və 5 qol vurub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.