İdman

Ronaldudan sonra yeni futbolçu sevgili - FOTOSESSİYA

13 Aprel 2020 14:37
0 Şərh     Baxış: 2 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2014-cü ildə İspaniyada "Miss Universe" seçilən model Desiree Kordero eşq həyatında futbolçulardan əl çəkmir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 27 yaşlı Korderonun yeni sevgilisi də futbolçudur.

2016-cı ildə portuqaliyalı superulduz Kriştianu Ronaldo ilə birlikdə olmaqla məşhurlaşan ispaniyalı model hazırda "Latsio"nun hücumçusu Xoakin Korrea ilə sevgilidir. 2018-ci ildən eşq həyatı yaşayan cütlük bunu yeni elan edib. Onun indiyə qədərki sevgililəri arasında "Betis"də oynayan Enzo Renelya və "Real"ın əfsanəvi kapitanı Fernando Yerronun oğlu Alvaro Ruiz də olub.

Qeyd edək ki, 17 yaşından modelliklə məşğul olan Desiree Kordero 2014-cü ildə dünya modellik yarışında ilk "10-luğ"a düşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.