İdman

“Araq infeksiyanı da, koronavirusu da öldürür” - Bosniyalı futbolçu rusların arağa məhəbbətindən danışıb

12 Aprel 2020 14:13
1 Şərh     Baxış: 1 659
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvanın ÇSKA futbol klubunun keçmiş yarımmüdafiəçisi və hazırda komandanın gənclər klubunun məşqçisi Elver Raximiç Rusiyadakı koronavirus pandemiyası ilə bağlı danışıb. Rusiyanın "Sport.avaz" saytı həmin açıqlamanı yayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Elver Raximiç xatırlatdıb ki, Rusiyanın bəzi bölgələrində pandemiyanın başlaması ilə alkoqol satışına qadağa qoyulub, amma ruslar arağı ən yaxşı dərman adlandıraraq şikayət etməyə başladılar, buna görə də səlahiyyətli orqanlar araq satışı ilə bağlı qadağanı aradan qaldırmalı oldular: "Təsəvvür edirəm ki, karantində olanlar necə həvəslə araq içirlər. Hətta koronavirus da onlarla heç nə edə bilmir, çünki araq bütün canlıları - həm infeksiyanı, həm də koronavirusu öldürür".

Elver Rahimiç ÇSKA-da 2001-ci ildən 2014-cü ilə qədər oynayıb. Ordu komandası ilə birlikdə Rusiya çempionatında dörd dəfə qalib gəlib, UEFA kubokunu, yeddi Rusiya kubokunu, 5 dəfə isə Rusiyanın Super Kubokunu qazanıb. Futbolçu karyerasından sonra bosniyalı klub sistemində işləmək Moskvada qalıb.

Aprelin əvvəllərində Rusiyanın bir neçə bölgəsində koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində spirt satışını məhdudiyyət qoyulmuşdu. Yakutiya və Zabaykaliyada araq satışı da durdurulmuşdu, ancaq bu qadağa cəmi dörd gün davam etdi. Səlahiyyətli orqanlar xalqın tələbini nəzərə almaq zorunda qaldı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.