İdman

"Barselona" Koutinyoya 90 milyon qiymət qoydu

8 Aprel 2020 14:18
0 Şərh     Baxış: 1 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" futbolçusu Koutinyonun satış qiymətini müəyyənləşdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu hazırda "Bavariya"da icarədə olan braziliyalı yarımmüdafiəçini 90 milyon avroya satmağa hazırdır. Klubun gözlənilən maliyyə böhranına görə qiyməti azaltmaq niyyətində olmadığı da bildirillib.

İngiltərə Premyer Liqa təmsilçilərindən bir neçəsi Koutinyonu icarəyə götürmək istəyir. "Barselona" isə yalnız sonradan futbolçunu birdəfəlik transfer etmək şərti ilə onu göndərməyə hazır olduqlarını  bildirib.

Qeyd edək ki, Koutinyo ilə "Çelsi", "Mançester Yunayted", "Lester", "Arsenal" və "Tottenhem"in  maraqlandığı iddia olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.