İdman

Futbolçu hərbi xidmətə başladı - 24 kq sursatla 7 km yürüş etdi

7 Aprel 2020 19:44
0 Şərh     Baxış: 1 580
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İngiltərə Premyer Liqası koronavirus pandemiyasına görə dayandırıldığı üçün "Tottenhem"in futbolçusu Son Hın-Min ölkəsinə dönüb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Cənubi Koreya millisinin üzvü karantin müddətində hərbi xidmətdə olacaq. 27 yaşlı hücumçu məcburi şəkildə 4 həftə xidmətdə olacaq. 

Yerli mətbuat Sonun ötən həftədən əsgərlik günlərinə başladığını yazıb. O, əlbəyaxa döyüş (sparrinq) və silah təlimində iştirak edib. Bundan əlavə, futbolçu ağırlığı 24 kq olan sursatla 7 km yürüş edib.

Ulduz futbolçu gözyaşardıcı qazların atıldığı binada əlehqazla gəzib, pusqu qurmağı, tikanlı məftillərdə sürünməyi öyrənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.