İdman

AFFA-dan Di Françesko açıqlaması

7 Aprel 2020 17:27
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA Eusebio Di Françesko ilə danışıq aparmayıb.

Milli.Az xəbər verir ki, bu barədə matc.az saytına qrumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Türkiyə mətbuatı Di Françeskonun Azərbaycan millisinin başına keçəcəyini iddia etmişdi. Hətta xəbərdə federasiyanın təcrübəli mütəxəssisə təklif göndərdiyi də bildirilirdi. Ancaq AFFA rəsmisi saytımıza verdiyi məlumatda Di Françesko ilə heç bir danışıq aparılmadığını qeyd edib.

Bununla yanaşı, qrum rəsmisi milli komandanı çalışdırmaq üçün namizəd olan mütəxəssislər barədə mətbuata məlumat verilmədiyini də qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.