İdman

"Barselona"da maaşlar yenidən azaldılır?

4 Aprel 2020 18:32
0 Şərh     Baxış: 1 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"da oyunçuların maaşı növbəti dəfə azaldıla bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi məvaciblərin 70% azaldılmasının koronavirus pandemiyası ilə əlaqədar yaranan itkiləri kompensasiya etmək üçün yetərli olacağından əmin deyil.

Mövcud razılaşmaya görə, "Barselona" maaşlara görə təxminən 14 milyon avro qənaət edəcək. "Katalonlar"ın rəsmiləri bu məbləğin digər klublarla müqayisədə az olduğunu düşünürlər.

Prezident Jozep Bartomeu ən qısa müddətdə klubun maliyyə vəziyyətinin təhlil edilməsini istəyib. Mümkün ssenarilərdən biri "Barsa"nın maaşların növbəti dəfə azaldılması ilə bağlı oyunçulara müraciət etməsidi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.