İdman

"Niyə hazırda pul önəmli, insanların sağlamlığı önəmsizdir?"

2 Aprel 2020 17:45
0 Şərh     Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ayaks"ın idman direktoru Mark Overmars Niderland Futbol Federasiyasının liqaları avqustun 3-nə kimi  tamamlamaq planını tənqid edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "Telegraaf" nəşrinə müsahibəsində bu ideyanı narazılıqla qarşıladığını bildirib. Klub rəsmisi Avropa ölkələrinin UEFA-ya təzyiq etdiyini də söyləyib:

"Niyə hazırda pul önəmli, insanların sağlamlığı önəmsizdir? Federasiyanın müstəqil qərar verəcəyini gözləyirdim, amma UEFA-nın arxasında gizlənirlər. Niderlan teleyayım gəlirlərinə İspaniya, İngiltərə, İtaliya, Almaniyadakı qədər asılı deyil. Məncə, böyük ölkələr nəyin bahasına olursa-olsun, matçları keçirmək üçün UEFA-ya təzyiq etdilər. UEFA da bundan yararlanır. Çünki Çempionlar Liqasını keçirməmək milyonlarla avro itkisi deməkdir".

M.Overmars UEFA-nı və yerli federasiyanı ABŞ prezidenti Donald Trampa bənzədib: "Tramp da bir həftə öncə "iqtisadiyyat koronavirusdan daha önəmlidir" demişdir. Niderlandda hər gün 100-dən çox insan koronavirusdan ölür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.