İdman

İngiltərə Premyer Liqası ABŞ-da keçirilə bilər

18 Mart 2020 14:35
64 Şərh     Baxış: 1 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqasının qalan oyunları azarkeşsiz və neytral meydanda keçirilə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Premyer Liqa rəhbərliyi qarşıdakı 92 matçın ABŞ-ın Midlend şəhərində oynanılmasını müzakirə edir.

Gün ərzində bir neçə oyunun keçirilməsi mümkündür. Bu, Premyer Liqanın mövsümü başa çatdıra bilməməsi riski ilə əlaqədardır. Qərarın stadionlarda hakimlərin və polislərin sayını azaltmağa kömək edəcəyi bildirilib.

Xatırladaq ki, İngiltərədə bütün futbol matçları koronavirusa görə aprelin 4-dək təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.