İdman

A seriyası klubları 700 milyon avroya yaxın itirə bilər

15 Mart 2020 18:11
0 Şərh     Baxış: 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya A seriyasının klublarının koronavirus pandemiyası səbəbindən itirəcəyi vəsaitin məbləği bəlli olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, əgər hazırda dayandırılan mövsüm davam etdirilməsə, klublar ümumilikdə 700 milyon avroya yaxın ziyana düşəcək.

Bunun təxminən 430 milyonu daxili və beynəlxalq oyunların teleyayımı ilə bağlıdır. Matçlardan əldə olunan gəlir, o cümlədən atribut və bilet satışına görə daha 270 milyon avro itirilə bilər. Bunu nəzərə alan klublar mövsüm başa çatdırılmasa, yardım üçün hökumət və idman nazirliyinə müraciət edəcək.

Qeyd edək ki, çempionat rəsmi olaraq aprelə qədər dayandırılıb. Lakin A seriyasının mayın 2-də bərpa olunacağı daha gözlənilən sayılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.