İtaliya millisinin sabiq hücumçusu Cüzeppe Rossi il yarımlıq fasilədən sonra karyerasını bərpa edib.
Milli.Az apasport.az-a istinadən bildirir ki, 33 yaşlı forvard ABŞ-da çıxış edəcək.
"Mançester Yunayted"in yetirməsi MLS klubu "Real Solt-Leyk"lə müqavilə bağlayıb. ABŞ-da anadan olan Rossi artıq yeni komandasının düşərgəsinə qoşulub. O, 2018-ci ilin yayında "Cenoa"dan ayrıldıqdan klubsuz idi.
Qeyd edək ki, Cüzeppe Rossi İtaliya yığmasının heyətində 30 oyunda iştirak edib, 7 qola imza atıb.
Milli.Az