Çempionlar Liqası: “Napoli” “Barselona”, “Çelsi” “Bavariya” ilə üz-üzə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu həftə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Milli.Az apasport.az-a istinadən bildirir ki, fevralın 25-26-da daha dörd matç baş tutacaq.
Bu gün diqqətlər İtaliya və İngiltərəyə yönələcək. "Napoli" öz meydanında "Barselona"nı qəbul edəcək. Qrup mərhələsində "Liverpul"dan 4 xal qoparan neapollular cari mövsümdə gözləntilərdən aşağı çıxış edir. Ötən mövsümün yarımfinalçısı olan Kataloniya təmsilçisi isə titula köklənib.
Londonda "Çelsi" və "Bavariya" qarşılaşacaq. Qrup mərhələsinin ən məhsuldar komandası olan qonaqlar Bundesliqada da uğursuz startdan sonra öz oyununu tapıb. Robert Levandavski və komandası bu duelin favoritidir. Çünki əsasən gənclərə güvənən Frenk Lempardın komandası enişli-yoxuşlu mövsüm keçirir.
İlk oyunlar çərçivəsindəki son iki matç fevralın 26-da baş tutacaq. "Mançester Siti" Madriddə "Real"ın qonağı olacaq. Zinəddin Zidanın baş məşqçi postuna dönməsi ilə əvvəlki əzəmətini qaytarmaqda olan "Kral klubu"nu çətin sınaq gözləyir. Həmişəki kimi, inamlı görünməyən Mançester təmsilçisi UEFA tərəfindən cəzalandığı üçün fərqli motivasiyada olacaq.
"Lion" kuboku başı üzərinə qaldırmağa namizədlərdən biri "Yuventus"u qəbul edəcək. 2020-ci ildə məhsuldarlığı ilə göz oxşayan Kriştianu Ronaldo komandasına səfərdə də qələbə qazandırmağa çalışacaq. Lakin lionluların ev komandası təsiri yaratması italiyalılara asan olmayacağını vəd edir.
Qeyd edək ki, bu cütlərdə cavab oyunları martın 17-18-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
25 fevral
00:00. "Napoli" (İtaliya) - "Barselona" (İspaniya)
Baş hakim: Feliks Brix (Almaniya)
Neapol. "San Paolo" stadionu
00:00. "Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)
Baş hakim: Klemen Turpin (Fransa)
London. "Stemford Bric" stadionu
26 fevral
00:00. "Lion" (Fransa) - "Yuventus" (İtaliya)
Baş hakim: Xesus Xil Manzano (İspaniya)
"Park Olimpik Lion"
00:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Baş hakim: Daniele Orsato (İtaliya)
Madrid. "Santyaqo Bernabeu" stadionu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Türkiyədə iki hakim həbs edildi
-
Arda qiyməti 100 milyon avronu keçən ilk türk futbolçu oldu
-
İlie Datku vəfat edib
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
XƏBƏR LENTİ
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)





